Al Madinah Quran
Language
The Heights Page 164
Home
Juz 9 Page 164 / 604 Hizb 17

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 105

    Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil (mö’cüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə bərabər (babalarının vətəni olan Şama) göndər!”

  2. 106

    (Fir’on Musaya) dedi: “Əgər mö’cüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!”

  3. 107

    (Fir’on bunu deyən kimi) Musa əsasını (yerə atdı) və o, dərhal (hamının gözünə) aşkar görünən bir əjdaha oldu.

  4. 108

    (Sonra) əlini (qoltuğunun altından və ya cibindən) çıxartdı və o, bir anda baxanlara nur kəsildi.

  5. 109

    Fir’on tayfasının ə’yanları dedilər: “Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır.

  6. 110

    O sizi yurdunuzdan çıxartmaq istəyir!” (Fir’on da:) “Elə isə tədbiriniz nədir?” - (deyə soruşdu).

  7. 111

    Onlar dedilər: “Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,

  8. 112

    Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”

  9. 113

    Sehrbazlar Fir’onun yanına gəlib dedilər: “Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!”

  10. 114

    (Fir’on:)” Bəli şübhəsiz ki, siz (mənə) ən yaxın adamlardan olacaqsınız!” – deyə cavab verdi.

  11. 115

    Sehrbazlar dedilər: “Ya Musa! Ya sən (əvvəlcə əsanı yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!”

  12. 116

    (Musa:) “Siz atın” – dedi. Onlar (əllərindəkiləri və əsaları yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər.

  13. 117

    Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur.

  14. 118

    Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu.

  15. 119

    (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.

  16. 120

    Onlar (hamı birlikdə) səcdəyə qapanıb

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00