Al Madinah Quran
Language
The Heights Page 166
Home
Juz 9 Page 166 / 604 Hizb 17

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 131

    Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!

  2. 132

    (Fir’on adamları Musaya) dedilər: “Sən bizi ovsunlamaq üçün nə mö’cüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”

  3. 133

    Biz ayrı-ayrı mö’cüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.

  4. 134

    Onlara əzab gəldikdə dedilər: “Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik”.

  5. 135

    Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular.

  6. 136

    Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara e’tinasız yanaşdıqları) üçün (Fir’on əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.

  7. 137

    Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (və’dlər) tam yerinə yetdi. Fir’onun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq.

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00