Al Madinah Quran
Language
The Rock Page 264
Home
Juz 14 Page 264 / 604 Hizb 27

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 32

    (Allah buyudu:) “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”

  2. 33

    (Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)

  3. 34

    (Allah) buyurdu: “Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məl’unsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)

  4. 35

    Sən qiyamət gününə qədər lə’nətlənmişsən!”

  5. 36

    (İblis) dedi: “Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!”

  6. 37

    (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən”

  7. 38

    Ancaq mə’lum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!

  8. 39

    (İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!

  9. 40

    Yalnız Sənin sadiq bəndələrindən başqa!”

  10. 41

    (Allah) buyurdu: “Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!)

  11. 42

    Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!

  12. 43

    Şübhəsiz ki, Cəhənnəm onların hamısına və’d olunmuş (onları gözləyən) yerdir!

  13. 44

    (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər.

  14. 45

    Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar.

  15. 46

    Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!”

  16. 47

    Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.

  17. 48

    Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar).

  18. 49

    (Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm!

  19. 50

    Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!

  20. 51

    Həm də onlara İbrahimin qonaqlarından (yanına qonaq gələn mələklərdən) xəbər ver!

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00