Al Madinah Quran
Language
The Bee Page 279
Home
Juz 14 Page 279 / 604 Hizb 28

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 103

    Biz (müşriklərin): “(Qur’anı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani–Farsi) öyrədir!” – dediklərini də bilirik. Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Qur’anın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Qur’anın dil, üslub gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)

  2. 104

    Allahın ayələrinə inanmayanları, sözsüz ki, Allah doğru yola salmaz. Onları (axirətdə) şiddətli bir əzab gözləyir!

  3. 105

    Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!

  4. 106

    Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!

  5. 107

    Bu (əzab) ona görədir ki, onlar dünyanı (fani dünya malını) axirətdən (axirət ne’mətlərindən) üstün tutarlar. Allah kafirləri doğru yola salmaz!

  6. 108

    Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar (Allahın kafirlər üçün hazırladığı əzabdan) qafildirlər!

  7. 109

    Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır!

  8. 110

    Fitnəyə mə’ruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib (bu yolda hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün) bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm edəndir!

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00