Al Madinah Quran
Language
The Cow Page 3
Home
Juz 1 Page 3 / 604 Hizb 1

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 6

    (Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

  2. 7

    Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!

  3. 8

    İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik “, -deyirlər.

  4. 9

    Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və mö’minləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.

  5. 10

    Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifiq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!

  6. 11

    Onlara: “Yer üzündə (küfr və günah işlədərək, mö’minləri aldadaraq) fəsad törətməyin!”-dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər.

  7. 12

    Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.

  8. 13

    Onlara:” Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey mö’minlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.

  9. 14

    Onlar mö’minlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”,-deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (mö’minlərə) istehza edirik”,-deyirlər.

  10. 15

    (Belə əməllərin müqabilində) Allah da onlara (dünya va axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar).

  11. 16

    Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir getirmədi və haqq yolu da tapmadılar.

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00