Al Madinah Quran
Language
The Believers Page 342
Home
Juz 18 Page 342 / 604 Hizb 35
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 1

    Həqiqətən, mö’minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)

  2. 2

    O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)

  3. 3

    O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;

  4. 4

    O kəslər ki, zakat verərlər;

  5. 5

    O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;

  6. 6

    Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.

  7. 7

    Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).

  8. 8

    O mö’minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər);

  9. 9

    Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);

  10. 10

    Onlardır (bilin) varis olanlar –

  11. 11

    Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!

  12. 12

    Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik).

  13. 13

    Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.

  14. 14

    Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!

  15. 15

    (Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz!

  16. 16

    Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!

  17. 17

    And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik).

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00