Al Madinah Quran
Language
The Criterion Page 362
Home
Juz 19 Page 362 / 604 Hizb 37

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 21

    Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): “Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!” – dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cür’ət etməklə) azğınlaşıb həddi çox aşdılar.

  2. 22

    Mələkləri görəcəkləri gün – həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə olmaz. (Mələklər onlara:) “(Sizə şad xəbər eşitmək) haramdır!” – deyərlər.

  3. 23

    Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrabaya, yoxsullara göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və dünyada gördükləri digər yaxşı işlərin zərrə qədər qiyməti olmaz!)

  4. 24

    O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl olacaqdır!

  5. 25

    Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endirələcəyi gün -

  6. 26

    O gün həqiqi hökmranlıq (mülk) ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır.

  7. 27

    O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol turardım;

  8. 28

    Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;

  9. 29

    And olsun ki, Qur’an mənə gəldikdən sonra məni ondan (Qur’ana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).

  10. 30

    Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Qur’anı tərk etmişdi!” – deyəcək.

  11. 31

    (Ya Rəsulum! Bu Məkkə müşriklərini sənə düşmən etdiyimiz kimi) eləcə də (səndən əvvəl) hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!

  12. 32

    Kafirlər: “Qur’an ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!” – dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricə) nazil etdik. (Qur’anın az-az endirilib, ağır-ağır oxunması onun əzbərlənməsini və mə’nalarının anlaşılmasını asanlaşdırır).

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00