Al Madinah Quran
Language
The Poets Page 370
Home
Juz 19 Page 370 / 604 Hizb 37

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 61

    İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!”

  2. 62

    (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”

  3. 63

    Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.

  4. 64

    O biriləri (Fir’on əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).

  5. 65

    Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

  6. 66

    O biriləri (Fir’on tayfasını) isə suya qərq etdik.

  7. 67

    Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Fir’on tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.

  8. 68

    (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, töbvə edən bəndələrini bağışlayar!)

  9. 69

    (Ya Rəsulum!) Onlara İbrahimin hekayətini söylə!

  10. 70

    O zaman ki, o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?”

  11. 71

    Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” – deyə cavab vermişdilər.

  12. 72

    (İbrahim) demişdi: “Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi?

  13. 73

    Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?”

  14. 74

    Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!” – deyə cavab vermişdilər.

  15. 75

    (İbrahim) demişdi: “İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?-

  16. 76

    Sizin və ulu babalarınızın?

  17. 77

    Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir.

  18. 78

    Məni yaradan və məni doğru yola yönəldən Odur!

  19. 79

    Məni yedirdən də, içirdən də Odur!

  20. 80

    Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.

  21. 81

    Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur.

  22. 82

    Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!

  23. 83

    Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00