Al Madinah Quran
Language
The Poets Page 371
Home
Juz 19 Page 371 / 604 Hizb 37

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 84

    Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)

  2. 85

    Məni Nəim cənnətlərinin varislərindən et!

  3. 86

    Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!

  4. 87

    (İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!

  5. 88

    O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!

  6. 89

    Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö’minlərdən) başqa!”

  7. 90

    (O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.

  8. 91

    Cəhənnəm də azğınlara göstərilər.

  9. 92

    Və onlara belə deyərlər: “İbadət etdikləriniz (bütlər) haradadır?

  10. 93

    Allahdan başqa (ibadət etdikləriniz?). Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?”

  11. 94

    Onlar (müşriklər) və azğınlar (üzüqoylu üst-üstə) oraya (Cəhənnəmə) atılarlar!

  12. 95

    İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar).

  13. 96

    Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər:

  14. 97

    “Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq!

  15. 98

    Çünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq.

  16. 99

    Bizi yalnız günahkarlar azdırdı.

  17. 100

    İndi artıq nə şəfaət edən kimsələrimiz,

  18. 101

    Nə də bir mehriban dostumuz var!

  19. 102

    Kaş bir də (dünyaya) dönə biləydik; mö’minlərdən olardıq!”

  20. 103

    Həqiqətən, bunda (İbrahimin bu hekayətində) bir ibrət vardır. Halbuki onların (İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi.

  21. 104

    Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

  22. 105

    Nuh tayfası peyğəmbərləri təkzib etdi. (Onlar Nuhu yalançı saydılar. Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir).

  23. 106

    O zaman ki, qardaşları Nuh onlara dedi: “Məgər (küfr etməyinizə görə) qorxmursunuz?

  24. 107

    Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)

  25. 108

    Artıq Allahdan qorxun və mənə itaət edin!

  26. 109

    Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

  27. 110

    Artıq Allahdan qorxun və mənə itaət edin!”

  28. 111

    Onlar: “Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər.

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00