Al Madinah Quran
Language
The Poets Page 374
Home
Juz 19 Page 374 / 604 Hizb 38

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 160

    Lut tayfası da peyğəmbərləri təkzib etdi.

  2. 161

    O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?

  3. 162

    Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)

  4. 163

    Artıq Allahdan qorxun və mənə itaət edin!

  5. 164

    Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

  6. 165

    Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz?

  7. 166

    Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!”

  8. 167

    Onlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!”

  9. 168

    (Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!

  10. 169

    Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!”

  11. 170

    Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik.

  12. 171

    Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla!

  13. 172

    Sonra da o biriləri məhv edib kökünü kəsdik.

  14. 173

    Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!

  15. 174

    Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

  16. 175

    Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

  17. 176

    Əykə əhli də peyğəmbərləri təkzib etdi.

  18. 177

    O zaman ki, Şüeyb onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?

  19. 178

    Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)

  20. 179

    Artıq Allahdan qorxun və mənə itaət edin!

  21. 180

    Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

  22. 181

    Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın!

  23. 182

    Düz tərəzi ilə çəkin!

  24. 183

    İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00