Al Madinah Quran
Language
The Poets Page 375
Home
Juz 19 Page 375 / 604 Hizb 38

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 184

    Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!”

  2. 185

    Onlar dedilər: “Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hara, peyğəmbərlik hara?)

  3. 186

    Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən!

  4. 187

    Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!”

  5. 188

    (Şüeyb) dedi: “Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!”

  6. 189

    Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi.

  7. 190

    Şübhəsiz ki, bunda (Şüeybin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

  8. 191

    Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

  9. 192

    Şübhəsiz ki, bu (Qur’an) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!

  10. 193

    Onu Cəbrail (Ruhuləmin) endirdi:

  11. 194

    (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);

  12. 195

    Özü də açıq-aydın ərəb dilinə.

  13. 196

    Həqiqətən, o (Qur’anın nazil olacağı xəbəri, mə’nası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur.

  14. 197

    Məgər İsrail övladı alimlərinin (Qur’anın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi?

  15. 198

    Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bə’zisinə) nazil etsəydik;

  16. 199

    Və o (Qur’anı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu şəxs ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər.

  17. 200

    Biz (küfrü, inadkarlığı) günahkarların qəlbinə belə salarıq.

  18. 201

    Onlar şiddətli əzabı görməyənədək (Qur’ana) inanmazlar.

  19. 202

    (Əzab) onlara qəflətən, özləri də hiss etmədən gələr.

  20. 203

    O zaman onlar deyərlər: “Əcaba, (tövbə etmək, iman gətirmək üçün) bizə möhlət veriləcəkmi?”

  21. 204

    İndi (günahkarlar) əzabımızın (dünyada onlara) tezmi gəlməsini istəyirlər?

  22. 205

    (Ya Rəsulum! Görürsənmi, əgər Biz onlara (kafirlərə) illərcə ne’mət (gün-güzəran) versək,

  23. 206

    Sonra və’d (təhdid) olunduqları (əzab) onlara yetişsə,

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00