Al Madinah Quran
Language
The Poets Page 376
Home
Juz 19 Page 376 / 604 Hizb 38
Surah النمل

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 207

    Onlara verilmiş olan ne’mətlər (əzabımızı) onlardan dəf edə bilməz. (Heç bir şey onlara veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol ne’mət onların günahlarını, cinayətlərini daha da artırar).

  2. 208

    Biz heç bir məmləkəti ora peyğəmbər göndərmədən məhv etmədik!

  3. 209

    (Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz zalım deyilik!

  4. 210

    (Qur’anı) əsla şeytanlar endirmədi.

  5. 211

    Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər!

  6. 212

    Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir.

  7. 213

    Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!

  8. 214

    Və ən yaxşın qohumlarını qorxut!

  9. 215

    Sənə tabe olan mö’minləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)

  10. 216

    Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!”

  11. 217

    Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibidə təvəkkül et!

  12. 218

    O Allah ki, səni namaza duranda da görür,

  13. 219

    Səcdə edənlər içində dolananda da.

  14. 220

    Həqiqətən, (hər şeyi) eşidən, bilən Odur!

  15. 221

    (Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

  16. 222

    Onlar hər bir yalançıya, günahkara nazil olarlar.

  17. 223

    (Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!

  18. 224

    (Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!

  19. 225

    Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!)

  20. 226

    Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!)

  21. 227

    Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00