Al Madinah Quran
Language
Those drawn up in Ranks Page 447
Home
Juz 23 Page 447 / 604 Hizb 45

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 25

    (Mələklər istehza ilə onlara deyəcəklər:) “Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?”

  2. 26

    Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar!

  3. 27

    Onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə-boğaz olmağa başlayacaq.

  4. 28

    (Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (özünüzün haqlı olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız)”.

  5. 29

    (Başçıları) deyəcəklər: “Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız.

  6. 30

    Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz) azğın (günah etməkdə həddi aşmış) bir qövm idiniz.

  7. 31

    Buna görə də Rəbbimizin sözü (əzab və’dəsi) bizim barəmizdə gerçəkləşdi. Biz mütləq (əzabı) dadacağıq!

  8. 32

    Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!”

  9. 33

    O gün hamısı əzaba (cəhənnəm oduna yanmağa) şərik olacaqlar.

  10. 34

    Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik.

  11. 35

    Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur!” – deyildiyi zaman təkəbbür göstərirdilər.

  12. 36

    Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!” – deyirdilər.

  13. 37

    Xeyr, o, haqla (Qur’anla) gəldi və (özündən əvvəlki) peyğəmbərləri təsdiq etdi.

  14. 38

    Siz (müşriklər) şiddətli əzabı mütləq dadacaqsınız!

  15. 39

    Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.

  16. 40

    Allahın müxlis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir).

  17. 41

    Məhz onlar üçün mə’lum bir ruzi vardır.

  18. 42

    (Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar –

  19. 43

    Nəim cənnətlərində.

  20. 44

    Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.

  21. 45

    Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi axan) məin (şərab) dolu piyalələr dolandırılacaqdır.

  22. 46

    Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin).

  23. 47

    Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran (başağrısı, süstlük verən) heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar.

  24. 48

    Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır.

  25. 49

    Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər).

  26. 50

    Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə) başlayacaqlar.

  27. 51

    Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi.

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00