Ayah commentary
Tafsir
Loading tafsir…
Unified search
Search works with or without diacritics while preserving displayed Quran text.
Ayah actions
الصافات · Ayah 97قَالُوا۟ ٱبْنُوا۟ لَهُۥ بُنْيَـٰنًا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ
Reciter
Ayah actions
الصافات · Ayah 98فَأَرَادُوا۟ بِهِۦ كَيْدًا فَجَعَلْنَـٰهُمُ ٱلْأَسْفَلِينَ
Reciter
Ayah actions
الصافات · Ayah 102فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَـٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَـٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰبِرِينَ
Reciter
Ayah commentary
Loading tafsir…
Ayah meanings
Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21
Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik.
Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
(Onu belə yad edirlər:) “Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!”
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!
Sonra başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq.
Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi.
O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.
Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz?
Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?
Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (Onun ruzisini yeyib bütlərə tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz?!)
(İbrahim) ulduzlara bir nəzər saldı.
Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: “Mən xəstəyəm!”
(İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər.
(İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz?
Sizə nə olub ki, danışmırsınız?”
Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi.
(Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi.
(İbrahim onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”
Onlar dedilər: “Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!”
Onlar onun üçün belə bir hiyə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).
(İbrahim oddan xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!”
(İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!”
Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.
O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”
Reading