Al Madinah Quran
Language
Those drawn up in Ranks Page 450
Home
Juz 23 Page 450 / 604 Hizb 45

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 103

    Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman

  2. 104

    Biz ona belə xitab etdik: “Ya İbrahim!

  3. 105

    Artıq sən rö’yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

  4. 106

    Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.

  5. 107

    Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.

  6. 108

    Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

  7. 109

    (Onu belə yad edirlər:) “İbrahimə salam olsun!”

  8. 110

    Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

  9. 111

    Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!

  10. 112

    Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik.

  11. 113

    Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!

  12. 114

    Biz Musa və Haruna da ne’mət (peyğəmbərlik) bəxş etdik.

  13. 115

    Onların hər ikisini böyük fəlakətdən (Fir’onun əsarətindən, yaxud suda boğulmaqdan) qurtardıq.

  14. 116

    Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.

  15. 117

    Onların hər ikisinə (hökmləri) açıq-aydın o kitabı (Tövratı) verdik.

  16. 118

    Onların hər ikisini doğru yola müvəffəq etdik.

  17. 119

    Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

  18. 120

    (Onları belə yad edirlər:) “Musaya və Haruna salam olsun!”

  19. 121

    Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

  20. 122

    Şübhəsiz ki, onların hər ikisi Bizim mö’min bəndələrimizdən idi.

  21. 123

    Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!

  22. 124

    Bir zaman o öz tayfasına belə demişdi: “Məgər (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz?

  23. 125

    Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bə’lə (Bə’l adlı bütə) ibadət edirsiniz?

  24. 126

    Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı (tərk edirsiniz)?”

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00