Al Madinah Quran
Language
Those drawn up in Ranks Page 451
Home
Juz 23 Page 451 / 604 Hizb 45

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 127

    Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə) gətiriləcəklər.

  2. 128

    Yalnız Allahın müxlis bəndələrindən başqa!

  3. 129

    Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

  4. 130

    (Onu belə yad edirlər:) “İlyasinə (İlyasa) salam olsun!”

  5. 131

    Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

  6. 132

    Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!

  7. 133

    Həqiqətən, Lut da peyğəmbərlərdəndir!

  8. 134

    (Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu və bütün ailəsini xilas etdik.

  9. 135

    Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa!

  10. 136

    Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik.

  11. 137

    Siz (Şama getdiyiniz zaman) səhər vaxtı onların yurdundan keçirsiniz;

  12. 138

    Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?

  13. 139

    Həqiqətən, Yunis də (Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!

  14. 140

    (Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı.

  15. 141

    (Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: “Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır”, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu).

  16. 142

    (Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu.

  17. 143

    Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,

  18. 144

    Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.

  19. 145

    Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.

  20. 146

    Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik.

  21. 147

    Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.

  22. 148

    Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik.

  23. 149

    (Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: “Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?”

  24. 150

    Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!

  25. 151

    Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:

  26. 152

    “Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır)”. Onlar, həqiqətən, yalançıdırlar!

  27. 153

    Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü tutmuşdur?!

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00