Al Madinah Quran
Language
The Winnowing Winds Page 522
Home
Juz 27 Page 522 / 604 Hizb 53

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 31

    (Sonra İbrahim) dedi: “Ey elçilər! Sizin işiniz nədir?”

  2. 32

    Onlar dedilər: “Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik.

  3. 33

    Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik).

  4. 34

    (Elə daşlar ki, onlara pozğunluqla məşğul olub) həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!”

  5. 35

    Nəhayət, (Lut qövmünü məhv etmək üçün) orada (Sədumda) olan mö’minləri çıxartdıq.

  6. 36

    Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman (tövhid dinində olan) tapmadıq.

  7. 37

    Və orada (axirətdəki) şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. (Lut qövmünün Şamla Hicaz arasında yerləşən yurdunu xaraba qoyub altını üstünə çevirdik. Bu, Məkkə müşrikləri üçün də bir ibrət dərsi olmalıdır).

  8. 38

    Musanın hekayətində də (bir ibrət dərsi vardır). O zaman Biz onu Fir’onun yanına açıq-aşkar bir dəlillə göndərmişdik.

  9. 39

    O, bütün ə’yanları (və qoşunu) ilə birlikdə (imandan) üz döndərib (Musa barəsində): “Bu sehrbazdır, yaxud da dəlidir!” – demişdi.

  10. 40

    Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü (allahlıq iddiasına düşmüşdü).

  11. 41

    Adın (Ad qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən (xeyirsiz) bir külək göndərmişdik.

  12. 42

    O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə (çör-çöpə) döndərirdi.

  13. 43

    Səmudun (Səmud qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman onlara: “Hələ bir müddət (üç gün) kef çəkib ləzzət alın!” – deyilmişdi.

  14. 44

    Onlar öz Rəbbinin əmrinə (tabe olmağa) təkəbbür göstərmiş və onları gözləri baxa-baxa ildırım vurmuşdu.

  15. 45

    Onların nə (yıxıldıqları yerdən) qalxmağa gücləri çatmış, nə də (bir kimsədən özlərinə) kömək istəyə bilmişdilər (yaxud nə də özlərinə cəza verəndən intiqam ala bilmişdilər).

  16. 46

    Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar (Allahın itaətindən çıxmış) fasiqlər idilər.

  17. 47

    Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik).

  18. 48

    Yeri də Biz döşədik. (Onu) döşəyənlər necə də gözəldir! (Biz necə də gözəl döşəyənlərik!)

  19. 49

    Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!

  20. 50

    (Ya Rəsulum! Bu insanlara de:) “Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!

  21. 51

    Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00