Al Madinah Quran
Language
The Star Page 528
Home
Juz 27 Page 528 / 604 Hizb 53
Surah القمر
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 45

    (İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur –

  2. 46

    (Bir qərtə) nütfədən (o, ata belindən analığa) axıb tökülərkən.

  3. 47

    (Ölüləri) yenidən diriltmək də Ona aiddir!

  4. 48

    (İstədiyini) dövlətli də edən, kasıb da edən Odur!

  5. 49

    Şi’ranın (Şi’ra ulduzunun) da Rəbbi Odur!

  6. 50

    Əvvəlki (ilkin) Adı (Ad qövmünü) O məhv etdi.

  7. 51

    Səmudu da həmçinin! Və (onlardan heç kəsi sağ) buraxmadı.

  8. 52

    Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr idi.

  9. 53

    (Lut qövmünün yurdu) Mö’təfikənin də altını üstünə O çevirdi (qaldırıb yerə vurdu).

  10. 54

    Onları nələr sardı, nələr! (Başlarına nə müsibətlər gəldi!)

  11. 55

    (Ey insan!) Sən öz Rəbbinin hansı ne’mətlərinə şəkk edirsən?!

  12. 56

    Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir!

  13. 57

    (Ey insanlar!) Yaxınlaşam (qiyamət) yaxınlaşdı.

  14. 58

    Onu Allahdan başqa heç kəs dəf edə bilməz! (Və ya: onun dəqiq vaxtını Allahdan başqa heç kəs bilməz!)

  15. 59

    İndi siz bu kəlama (Qur’ana) təəccübmü edirsiniz?

  16. 60

    Həm də gülürsünüz, heç ağlamırsınız!

  17. 61

    Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona e’tina etmirsiniz).

  18. 62

    (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!)

  19. 1

    O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö’cüzəsi ilə) parçalandı.

  20. 2

    Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər.

  21. 3

    Onlar (ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)

  22. 4

    And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

  23. 5

    (Bu Qur’an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!

  24. 6

    Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00