Ayah commentary
Tafsir
Loading tafsir…
Unified search
Search works with or without diacritics while preserving displayed Quran text.
Ayah commentary
Loading tafsir…
Ayah meanings
Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21
(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)
O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”
(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
Və bir də paxıllığı tutanda paxılın şərindən!”
(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
İnsanların ixtiyar sahibinə;
İnsanların tanrısına;
Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! (Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!)” # -------------------------------------------------------------------- # # Quran Translation # Name: Məmmədəliyev & Bünyadov # Translator: Vasim Mammadaliyev and Ziya Bunyadov # Language: Azerbaijani # ID: az.mammadaliyev # Last Update: June 4, 2010 # Source: Tanzil.net # # --------------------------------------------------------------------
Reading